Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində son ilin ən güclü yağışları daşqınlara səbəb olub ölkəyə saat ərzində, təxminən, illik yağış yağıb. Buna səbəb digər hava sistemlərinin daxil olmasını əngəlləyən “qapalı aşağı təzyiqli hava sistemi”dir.
Məlumdur ki, BƏƏ quraqlıq ərazidə yerləşir. Burada ildə orta hesabla 100 millimetrdən az yağıntı düşməsinə baxmayaraq, vaxtaşırı güclü leysanlar yağır. Bir müddət əvvəl Dubaydan 100 kilometr uzaqlıqda yerləşən Əl-Ayn şəhərində isə 24 saat ərzində, təxminən, 256 millimetr yağış yağıb.
Alimlərin son araşdırmalarına görə, dünyada qlobal istiləşmə gücləndikcə BƏƏ-nin böyük hissəsində illik yağıntılar əsrin sonuna qədər 30 faiz arta bilər.
İngiltərəli professor Friederike Otto bu barədə belə bir fikir söyləyib: “İnsanlar neft, qaz və kömür yandırmağa davam etdikcə iqlim istiləşməyə doğru gedəcək, yağıntılar daha da intensivləşəcək. Bu isə kütləvi daşqınlara və ölüm sayının artmasına səbəb ola bilər”.
FİDAN
XQ