ABŞ müdafiə naziri Lloyd Ostin uzun fasilədən sonra çinli həmkarı admiral Donq Jun ilə telefonla danışıb. Məlumatı “Anadolu” yayıb.
Ostin Vaşinqton və Pekin arasında münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Telefon danışığı ABŞ dövlət katibi Antoni Blinkenin bu ay Çinə səfəri öncəsi baş tutub. ABŞ bir müddətdir ki, Çin ordusu ilə əlaqələri yaxşılaşdırmaq və Hind-Sakit okean regionunda gərginliyi azaltmaq üçün səylər göstərir.
2022-ci ilin avqustunda Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosinin Çinin Tayvana səfərindən sonra Pekin administrasiyası iki ölkənin hərbçiləri arasında yüksək səviyyəli əlaqəni dayandırmışdı. Pelosi Pekin administrasiyasının xəbərdarlıqlarına baxmayaraq adaya səfər etmiş, ABŞ-ın müstəqillik tələb edən Tayvan xalqının yanında olduğunu bəyan etmişdi.
İki ölkə arasında münasibətlər 2023-cü il noyabrın 15-də Kaliforniyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında aparılan danışıqlardan sonra yenidən geriləməyə başlayıb.
P.ƏMİRCANOV
XQ