“WhatsApp” onlayn siyahını genişləndirir

post-img

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” istifadəçilərə daha bir yeni funksiya təqdim edəcək. Belə ki, yeni funksiya sayəsində onlayn istifadəçilərin siyahısı görünəcək.

İstifadəçilər proqramda kontaktlar menyusuna daxil olduqda “WhatsApp”da son vaxtlar onlayna qo­şulanların siyahısını görəcəklər. “WhatsApp”da kon­takt aktivdirsə, o, siyahının yuxarısında görünəcək. Beləliklə, istifadəçilər insanların son görünmə vaxtını yoxlamaq məcburiyyətində qalmayacaqlar.

Bu funksiya ilə “WhatsApp” istifadəçiləri aktiv in­sanlarla əlaqə saxlamağa təşviq edərək qarşılıqlı əlaqəni artırmaq istəyir. Artıq yenilik bəzi istifadəçilər üçün əlçatandır.

Ən son onlayn kontaktların siyahısı funksiyası “Google Play Store”dan Android üçün WhatsApp beta proqramının ən son versiyasını quraşdırmış bəzi beta testçiləri üçün təqdim edilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya