Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu
2024-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir
Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli, 163s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorantura hazırlığı üzrə qəbul planına əsasən aparılacaqdır.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (ali təhsili olan, ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan mütəxəssislər) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
İnstitutda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaqdır:
İxtisasların şifri
İxtisasların adları
Fəlsəfə doktoru hazırlığı üzrədoktoranturaya qəbul planı
Qiyabi (büdcə hesabına)
2518.01
Hidrogeologiya
1
3305.05
Mühəndis-kommunikasiya sistemləri
1
3308.01
Ətraf mühitin texnologiyası və mühəndisliyi
1
5406.01
Hidrologiya
1
Yekun
4
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər 2024-cü il aprelin 16-dan mayın 15 -dək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az/ saytına daxil olmaqla “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun şəkildə qeydiyyatdan keçməlidirlər.
Qəbul qaydaları haqqında məlumatı Doktorantura şöbəsindən almaq olar.
Telefon: (+99412) 430-08-25/35 (daxili 2503, 2743).
E-mail: [email protected]
Ünvan- AZ1012, Bakı şəhəri, Moskva prospekti 73.