1. 2426.01- Ekologiya (elm sahələri üzrə) - 1 yer.
2. 3305.07-İnşaat materialları və məmulatları -1 yer.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul üçün aşağıdakı sənədlər instituta təqdim edilməlidir:
- ərizə (institut direktorunun adına ərizə);
- kadrların şəxsi-qeydiyyat vərəqəsi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
Fəlsəfə doktoru proqramları üzrə dissertanturaya sənəd qəbulu 2024-cü il aprelin 16-dan mayın 15-dək həyata keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlər əlavə məlumatı institutun “Elmi-texniki informasiyalar və doktorantura” şöbəsindən ala bilərlər.
Əlaqə telefonu - 012 - 596- 37- 60 (215).
Ünvan- Bakı, Füzuli küçəsi 65.