ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan, həmçinin Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə İsrail və İran arasındakı gərginliyi müzakirə edib. Məlumatı “Anadolu” verib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, dövlət katibi Hakan Fidanla telefon danışığı zamanı Türkiyəyə Yaxın Şərqdə gərginliyi azaltmaq üçün göstərdiyi səylərə görə təşəkkür edib.
O, həmçinin ABŞ-nin İsrailin təhlükəsizliyinə sadiqliyini vurğulayıb.
Blinken Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Böyük Britaniyadan olan həmkarları ilə söhbətində deyib: “Birləşmiş Ştatlar regionda gərginliyi artırmağa çalışmır”.
Blinken bildirib ki, ABŞ İsrailin təhlükəsizliyinə həssaslıqla yanaşır və gələcək proseslə bağlı region ölkələri ilə sıx koordinasiyada olacaq.
P.ƏMİRCANOV
XQ