Ukrayna üçün daha 4,4 milyard avro

post-img

Niderlandın Nazirlər Kabineti Ukrayna üçün əlavə vəsait ayırıb. O cümlədən, 2024-2026-cı illər ərzində Kiyevə hərbi və humanitar dəstək üçün əlavə 4,4 milyard avro ayrılacaq. Bu barədə RBC-Ukrayna Hollandiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bundan əlavə, Hollandiya hökuməti öz müdafiəsini gücləndirmək üçün vəsait ayıracaq. Bu məqsədlər üçün ölkənin Müdafiə Nazirliyi 2028-ci ildən əlavə 500 milyon avro, o cümlədən hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və daha çox sursat alınması üçün alacaq.

Bundan əvvəl Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Kiyevə səfərindən sonra Ukrayna silahlı qüvvələrinin bu ilin ikinci yarısında F-16 qırıcılarını qəbul edəcəyini açıqlamışdı. Eyni zamanda, o, F-16 üçün silahların alınması və müasir pilotsuz kəşfiyyat təyyarələrinin alınması üçün 350 milyon avro xərcləməyə hazır olduğunu açıqlamışdı.

S.ELAY

XQ

Dünya