Tbilisidə yeni hava limanı tikiləcək

post-img

Gürcüstan hökuməti Tbilisidə yeni hava limanının tikintisi barədə qərar qəbul edib, layihənin dəyəri 1,26 milyard dollardır. Bu barədə baş nazir İrakli Kobaxidze 1tv.ge telekanalına bildirib. Xəbəri “”İnterfaks.ru” verib.  

"İqtisadi Şuranın iclası keçirildi və bu iclasda biz yeni meqalayihənin həyata keçirilməsi ilə bağlı ən mühüm qərarı qəbul etdik. Xüsusilə, Tbilisidə yeni beynəlxalq hava limanı tikiləcək", - o bildirib.

Baş nazirin sözlərinə görə, hökumət layihənin iki variantını nəzərdən keçirirdi.

"Biri köhnə aeroportun genişləndirilməsini, digəri isə Vazianidə (Tbilisidən 25 km aralıda yerləşən kənd) yeni hava limanının tikintisini nəzərdə tuturdu. Genişləndirmənin dəyəri təxminən 900 milyon dollar idi. Yenisinin tikintisinin dəyəri təqribən 1,26 milyard dollardır”, - deyə o qeyd edib.

Kobaxidze aydınlaşdırıb ki, Tbilisi hava limanının hazırkı tutumu ildə 4,5 milyon sərnişinə qədərdir.

P.ƏMİRCANOV
XQ

Dünya