Dünyanın ən böyük hesab olunan Çinin valyuta ehtiyatları mart ayında 0,6 faiz artaraq 2021-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə - 3,246 trilyon dollara çatıb. Bu barədə ölkənin Dövlət Valyuta İdarəsi (SAFE) məlumat yayıb.
“Trading Economics”-ə görə, analitiklər orta hesabla 3,21 trilyon dollara qədər daralma proqnozlaşdırmışdılar. Martda yuanın məzənnəsi Amerika milli valyutasına nisbətdə 0,47 faiz ucuzlaşıb. Bu arada, dollar əsas dünya valyutaları səbəti qarşısında 0,31 faiz bahalaşıb.
Çində qızıl ehtiyatları keçən ayın sonunda fevraldakı 72,58 milyon unsiya ilə müqayisədə 72,74 milyon unsiyaya yüksəlib. Göstərici ardıcıl on yeddinci ay artıb. Dəyər baxımından qızıl ehtiyatları 148,64 milyard dollardan 161,07 milyard dollara yüksəlib.
P.ƏMİRCANOV
XQ