Vladivostokda çoxfunksiyalı təchizat gəmisi "Ekaterina Velikaya" yanıb. Gəmi cəmi üç il əvvəl tərsanəni tərk edib.
Rusiyanın Vladivostok şəhərində gücləndirilmiş buz sinifli çoxməqsədli təchizat gəmisində “Ekaterina Velikaya”da yanğın baş verib, nəticədə bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Bu barədə bazar ertəsi, aprelin 8-də Rusiya Federasiyasının Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürənlər gələn zaman gəminin arxa hissəsindən tüstü gəlirmiş, tüstülənmə anbarlarında olub. Beş nəfər xilas edilib, onlardan üçü yaralanıb.
Yanğın nəticəsində təqribən 50 kvadratmetr sahədə texnoloji otaq yanıb. Yanğının səbəbləri və dəyən ziyan müəyyənləşdirilir.
İlk çoxfunksiyalı "Ekaterina Velikaya" "unikal gəmi" və "meqabuzqıran" adlanırdı. O, 2020-ci ildə istismara verilmişdi. Gəmi Arktika dəniz zonasında qış-yaz naviqasiyasında buzun qalınlığı 2 m-ə qədər, yay-payız naviqasiyasında isə 2,5 m-ə qədər buz qırma işləri apara bilər. Super manevrli sükan tacları sayəsində gəmi faktiki olaraq yerində dönə bilir.
S.ELAY
XQ