Aprelin 7-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Xəbəri FHN mətbuat xidməti yayıb.
Məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon hissəsinin qüvvələri əraziyə cəlb olunub. Məlum olub ki, hər mərtəbəsi 120 kv.m olmaqla ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib. Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ