Rusiyanın əsas ticarət tərəfdaşları arasında Qərb dövlətləri qalmayıb: onların yerini Çin, Hindistan və Türkiyə tutur. Bu, aprelin 7-də Federal Gömrük Xidmətinin məlumatlarından məlum olub. Xəbəri “İzvestiya.ru” yayıb.
Xidmətin məlumatına görə, 2023-cü ildə Rusiya Federasiyasının ticarət dövriyyəsi 710,1 milyard dollar təşkil edib ki, bunun da 51 faizi Asiya ölkələrinin, 23 faizi Avropa ölkələrinin, 11 faizi isə Yaxın Şərq ölkələrinin payına düşüb. Ümumi ticarət dövriyyəsinin 8 faizi qonşu dövlətlərin, 4 faizi Şimali və Cənubi Amerikanın, 3 faizi isə Afrikanın payına düşür.
Liderliyi son bir ildə ticarət dövriyyəsi 240,1 milyard dollar təşkil edən Çin tutur. Çindən sonra Hindistan gəlir – 64,9 milyard dollar. Türkiyə ilk üçlüyü qapayır – 56,5 milyard dollar. Türkiyə, həmçinin, Rusiyanın 2023-cü ildə ən çox əməkdaşlıq etdiyi ilk 5 ölkəyə daxildir. Belarus və Qazaxıstanla dövriyyə müvafiq olaraq 55 milyard və 26 milyard dollar təşkil edir.
P.ƏMİRCANOV
XQ