"Bloomberg": Rusiyalı milyarderlərin sərvəti 18 milyard dollar artıb

post-img

"Bloomberg" Milyarderlər İndeksinə (BBI) görə, 2024-cü ilin üç ayında Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 18,293 milyard dollar artıb. Eurochem və SUE-nin həmtəsisçisi Andrey Melniçenkonun sərvəti ən çox - 5,29 milyard dollar artaraq 24,1 milyard dollara çatıb. Ən çox itkiyə isə sərvəti 2,8 milyard dollar azalaraq 18,3 milyard dollara enən USM Holdings-in təsisçisi Əlişir Usmanov olub. 

BBI-nin ən zəngin 10 rusiyalı aşağıdakı kimidir:

Çinin Hurun tədqiqat institutunun mart ayında dərc etdiyi reytinqə əsasən, Rusiyada ötən il ərzində 6 yeni dollar milyarder meydana çıxıb. Bu, ona ilk 10-luqda - 76 milyarderlə yeddinci yerdə qalmağa imkan verib. Reytinq müəllifləri artan “milyarder miqrasiyasını” da qeyd edirlər: ABŞ, Böyük Britaniya, İsveçrə və Sinqapur ən çox üstünlük verilən ölkələr sırasındadır.

S.ELAY

XQ

Dünya