“Mən gəldim, qızlar” yenidən səhnədə

post-img

Aprelin 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti dəfə “Mən gəldim, qızlar” tamaşası nümayiş olunacaq.

Teatrdan bildirilib ki, tamaşa İsveç dramaturqu Lars Nurenin “Müharibə” əsəri əsasında hazırlanıb.

Psixoloji dram janrında qurulan səhnə əsərində əsas rolları Xalq artisti Qurban İsmayılov və Əməkdar artist Kəmalə Müzəffər ifa edəcək.

İki hissəli tamaşa milli, irqi, dini mənsubiyyət və sosial mənşəyindən asılı olmayaraq, hər bir millətin başına gələ biləcək hadisələri özündə əks etdirir.

Mədəniyyət