Qazaxıstan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin, Milli Təhlükəsizlik Komitəsinə aid Sərhəd Xidmətinin və hərbi aviasiyanın iştirakı ilə Xəzər dənizində komanda-qərargah təlimləri keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Manevrlər Hərbi Dəniz Qüvvələrinin və Sərhəd Xidmətinin bölmələri arasında koordinasiyanı və praktiki idarəetmə bacarıqlarını təkmilləşdirmək, şəxsi heyətin döyüş hazırlığını artırmaq məqsədi daşıyır. Təlimlərə, həmçinin “Qazaxıstan”, “Sarıarka”, “Manqistau” raket gəmiləri, “Alatau” mina gəmisi, “Serqek”, “Kaysar” katerləri, sərhəd xidmətinin gəmiləri və hərbi aviasiya cəlb olunub”, - deyə məlumatda bildirilir.
Təlimlər çərçivəsində Xəzərin Qazaxıstan sektorunda dəniz təsərrüfatlarının mühafizəsi və müdafiəsi təşkil olunub, şərti düşmənin yerüstü və hava hədəflərinə artilleriya zərbələri endirilib.