Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan və Kərkük millət vəkili Erşat Salihi ilə görüşüb. Məlumatı “Anadolu” yayıb.
Türkiyə XİN-in X sosial media platformasında yayılan açıqlamada bildirilir ki, nazir Fidan Türkiyənin Bağdad səfirliyində İraq Türkmən Cəbhəsinin sədri Turan və Kərkük millət vəkili Salihi ilə görüş keçirib.
Fidan Bağdada səfəri çərçivəsində Təqaddum Partiyasının sədri Məhəmməd Halbusi ilə də görüşüb.
P.ƏMİRCANOV
XQ