COP29-un qarşısında çox çətin məsələlərin həlli dayanır. Bunlardan biri iqlim maliyyələşdirilməsidir. Enerji keçidinin mexanizmi hazırlanmalıdır. Özəl sektorun da burada önəmli rolu var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının baş direktorunun müavini, Qlobal Tərəfdaşlıq və Xarici Əlaqələr Direktorluğunun idarəedici direktoru Fatu Haydara XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar?” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
“Bu il prioritet məsələlər sırasında sənaye texnologiyası həllərinin təklif edilməsidir. Sənaye sahəsi təcrübəli iş yerləri təmin edir. İqlim dəyişiklikləri strategiyasının üç əsas amili var. Bunlardan ilki gələcəkdə sənaye polisi amilinin vacibliyidir. İnnovasiyalı təsisatlar və təşkilatların potensialı güclənməlidir. Artıq özəl sektorlarla fəaliyyət gündən-günə müsbət istiqamətdə irəliləyir. Onların enerji ehtiyatları sənayesini dəstəkləyirik”, - deyə o qeyd edib.