Rusiyanın Finlandiya ilə sərhədi yaxınlığında rus qoşunları və silah sistemləri peyda olacaq. Bu barədə ölkə prezidenti Vladimir Putin Dmitri Kiselevə müsahibəsində bildirib.
Putinin sözlərinə görə, İsveç və Finlandiya NATO-ya qoşulmazdan əvvəl Rusiyanın “bu ölkələrlə yaxşı münasibətləri, sabit münasibətləri” olub. Rusiya prezidentinin sözlərinə görə, onlar “ən azı Avropada gərginliyi azaltmaq üçün danışıqlar platforması kimi” müəyyən üstünlüklər verən neytral mövqelərindən daha çox yararlanıblar.
Putin Finlandiya ilə keçmiş münasibətləri ideal adlandırıb, ölkələr arasında qarşılıqlı iddialar yox idi, inkişaf etmiş iqtisadi əlaqələr var idi.
“Niyə bunu etdilər? Məncə, sırf siyasi mülahizələrə əsaslanır. Yəqin ki, bir növ “çətir” altında Qərb klubunun üzvü olmaq istəyirlər. Bu onlara nəyə lazımdır, açığını başa düşmürəm. Bu, öz milli maraqlarını təmin etmək baxımından tamamilə mənasız addımdır”, - deyə prezident vurğulayıb.
İsveç martın 7-də rəsmi olaraq Şimali Atlantika Alyansının 32-ci üzvü olub. Krallıq 2023-cü ilin aprelində NATO-nun 31-ci üzvü olan Finlandiya ilə birlikdə 2022-ci ilin may ayında NATO-ya üzv olmaq üçün müraciət etmişdi.
S.ELAY
XQ