NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi döyüş meydanındakı vəziyyəti dəyişməyəcək, çünki Qərb ölkələrinin hərbçiləri uzun müddətdir Ukraynadadır. NATO-nun hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ehtimalını Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalı və RİA Novosti üçün jurnalist Dmitri Kiselevlə müsahibəsində şərh edib.
“İndi (Qərb ölkələrinin qoşunları) birbaşa məsləhətçilər şəklində iştirak edir, onlar xarici muzdlular şəklində iştirak edirlər və itkilər verirlər. Amma əgər söhbət xarici dövlətlərin rəsmi hərbi kontingentindən gedirsə, mən əminəm ki, bu, döyüş meydanında vəziyyəti dəyişməyəcək - bu, ən mühümüdür, necə ki, silah tədarükü heç nəyi dəyişmir”.
“Onlar yatırlar və yuxuda görürlər, tarixən özlərininki hesab etdikləri və “xalqların atası” İosif Vissarionoviç Stalin tərəfindən onlardan alınıb Ukraynaya təhvil verilmiş torpaqları geri qaytarmaq istəyirlər. Təbii ki, onları geri istəyirlər. Rəsmi Polşa bölmələri ora daxil olsalar, çətin ki, oradan çıxsınlar”, - Putin qeyd edib. Bundan əlavə, o, İkinci Dünya müharibəsi nəticəsində ərazilərini itirmiş digər ölkələrin də Varşavadan nümunə götürə biləcəyini vurğulayıb.
Rusiya lideri, həmçinin bildirib ki, ABŞ qoşunları Ukraynada peyda olarsa, Moskva onlara müdaxiləçi kimi yanaşacaq. Onun sözlərinə görə, Vaşinqton bunu başa düşür.
S.ELAY
XQ