Polşa NATO qüvvələrinin köçürülməsi üçün hava limanının tikintisinə ehtiyac olduğunu açıqlayıb
Polşada NATO qüvvələrini şərq cinahına köçürmək üçün irimiqyaslı nəqliyyat qovşağının bir hissəsi kimi hava limanı tikmək lazımdır. Bu barədə Polşa Prezidenti Anjey Duda bildirib.
A.Dudanın sözlərinə görə, "Polşanın təhlükəsizliyinə əsaslanaraq, bizə ən böyük hərbi-nəqliyyat təyyarələrini qəbul edə biləcək hava limanına ehtiyacımız var".
Polşa prezidenti hesab edir ki, bu layihə Mərkəzi Rabitə Limanı (CPK) vasitəsilə həyata keçirilməlidir. Bu hava limanının bütün ölkədə ən böyük hava limanına çevriləcəyi və onun tikintisinə bir neçə il vaxt ayrılacağı gözlənilir.
Bundan əvvəl Polşa Seymi, demək olar ki, yekdilliklə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin fəaliyyətinin dayandırılması haqqında qanun qəbul edib.
S.ELAY
XQ