Roma papası xəstəxanaya düşüb

post-img

Roma papası Fransisk bu gün səhər ibadətindən sonra səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya müraciət edib. Bu barədə ANSA-ya istinadən “İzvestiya.ru” məlumat yayıb.

Bildirilib li, pontifik səhər saatlarında “Aqostino Gemelli” xəstəxanasına gedib. 

ANSA-nın məlumatında deyilir: “O, bu yaxınlarda yüngül qripdən əziyyət çəkirdi və bu səbəbdən aktiv fəaliyyətdən çəkinməyə məcbur olub. Papa həmçinin, öz işçilərindən birinə, monsenyor Filippo Ciampanelliyə onun çıxışını oxumağı tapşırıb”.

Nəşr onun sözlərini sitat gətirir: “Mən hələ də bir az soyuqlamışam, ona görə də Monsenyor Şampanellidən bugünkü çıxışımı oxumasını xahiş etdim".

XQ

Dünya