Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində keçiriləcək III Diplomatiya Forumunda iştirak edəcək.
Bu barədə RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. O qeyd edib ki, Sergey Lavrov martın 1-3-də Türkiyənin Antalya şəhərində keçiriləcək III Diplomatiya Forumunda iştirak edəcək.
Zaxarovanın sözlərinə görə, rusiyalı nazir Türkiyə XİN-in başçısı ilə danışıqlar aparacaq. Tərəflər Cənubi Qafqazda, Ukraynada, Suriyada, Liviyada vəziyyəti, habelə Fələstin-İsrail münaqişəsini müzakirə edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva