“Fransa silahlarının Ermənistana verilməsi, sadəcə, bir tamaşadır”

post-img

Əgər siz qarşıdurma məntiqi ilə silah alırsınızsa, onda Fransa ilə flört etməyin mənası odur ki, Fransa etibarlı hərbi tərəfdaşdır və guya etibarsız Rusiyanı əvəz edə bilər. Ancaq bu, tamamilə fərqli bir yerə gətirib çıxarır. Biz yeni bir teatr tamaşası ilə qarşılaşırıq.

“Caliber” xəbər verir ki, bu barədə erməni hərbi ekspert David Camalyan Ermənistan mətbuatına müsahibəsinə Ermənistan və Fransa arasında ikitərəfli hərbi əməkdaşlığı şərh edərkən bildirib.

“Bu gün Fransanı Rusiyaya əvəzedici, etibarlı tərəfdaş kimi təqdim etməyə cəhd edilir. Lakin müharibə vəziyyətində bizə qeyri-məhdud və etibarlı təchizat lazımdır. Məsələn, 44 günlük müharibə zamanı 102-ci hərbi baza sözün əsl mənasında xarabalığa çevrildi. Fransa ən böyük istəklə belə bizim ehtiyaclarımızı tam ödəyə bilmir. Bundan başqa, silahların Ermənistana necə daxil olması ilə bağlı logistik problemlər var - onlar yalnız Gürcüstandan keçə bilər və Gürcüstana Türkiyə-Azərbaycan təsiri kifayət qədər böyükdür. Gürcüstan hər an ərazisindən silah tranzitini qadağan edə bilər. 

Fransa istəsə belə, etibarlı təchizatçı kimi Rusiyanı əvəz edə bilməyəcək. Həm də Fransa bu gün hərbi-siyasi tənəzzülün ən aşağı nöqtəsindədir. Biz görürük ki, Rusiya öz marionetləri ilə birlikdə Fransanı Afrikadan necə sıxışdırır. Fransa Afrikada öz təsir dairələrini qoruyub saxlaya bilmir, bizə silah-sursat verməyi demirəm. Buna Ukrayna cəbhəsində silaha ehtiyac problemini də əlavə edin. Fransanın böyük dəstəyi ardıcıl anti-Rusiya siyasətinin daha bir elementidir, onun əsas məqsədi ictimaiyyətimiz arasında anti-Rusiya əhval-ruhiyyəsini artırmaq, Fransanın Rusiyanı əvəz edən etibarlı müttəfiq və tərəfdaş ola biləcəyi illüziyası yaratmaqdır”, - deyə ekspert bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya