NBC: Ağ Ev Ukraynaya ATACMS raketlərinin müasir versiyasını verməyə meyllidir

post-img

Amerikanın NBC telekanalı mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevə ATACMS uzaqmənzilli raket sistemlərinin müasir modellərini çatdırmaq niyyətindədir. Yeni sistemlər Ukraynaya Krıma zərbə endirməyə imkan verəcək.

Amerika rəsmilərinin sözlərinə görə, silahların əvvəlki versiyaları Ukraynaya ötürülüb. Artırılmış məsafəyə malik müasir ATACMS Kiyevə Krım yarımadası daxilində zərbələr endirməyə imkan verəcək. Qanun Konqresin hər iki palatası tərəfindən təsdiqlənərsə, bu cür silahlar hərbi yardım paketinə daxil edilə bilər.

ABŞ Müdafiə Nazirliyindəki mənbələr bu məlumatı təkzib ediblər. Onların fikrincə, ABŞ-ın Ukraynanı bu komplekslərlə təchiz etmək üçün kifayət qədər ehtiyatı yoxdur. Bunu həyata keçirmək üçün Ukraynaya maliyyə ayrılmalıdır. Telekanalın məlumatına görə, Amerika prezident administrasiyası istisna etmir ki, müttəfiqlərindən Kiyevə müvafiq silahların göndərilməsini xahiş edəcək.

Ukraynada müharibə başlayandan sonra ABŞ dəfələrlə ATACMS raketlərini Kiyevə ötürmək niyyətini bəyan edib. Oktyabrın 17-də Ukrayna prezidenti Vladimir Zelenski bu raketlərin döyüşdə istifadə edildiyini açıqlayıb. “The Wall Street Journal” yazır ki, ATACMS raketləri Zaporojye vilayətində və Luqanskda istifadə olunub.

S.ELAY

XQ

Dünya