Fon der Lyayen: Aİ yaxın günlərdə Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsini qanuniləşdirəcək
Avropa İttifaqı yaxın günlərdə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan faiz gəlirlərinin Kiyevi dəstəkləmək üçün istifadəsini qanuniləşdirmək niyyətindədir. XQ RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Almaniyanın Xristian Demokratik İttifaqı (XDİ) partiyasının mətbuat konfransında bildirib.
“Biz indi bu əmanətlərdən alınan faizlərin Rusiyaya aid olmaması üçün hüquqi addımlar atmağa başlamışıq. Hüquqi vəziyyət elədir ki, biz bu faizləri Ukrayna üçün istifadə edə bilərik”, - deyən Fon der Lyayen bütün lazımi mərhələlərin tamamlandığını və yaxın vaxtlarda təşəbbüsün qəbul olunacağını qeyd edib.
Fevralın 17-də AK rəhbəri bəyan etmişdi ki, Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukrayna üçün silah istehsal etmək üçün istifadə edir. Bundan əvvəl Fon der Lyayen Avropa ölkələrini müdafiəyə daha çox xərcləməyə, Avropanın müdafiə sənayesini stimullaşdırmağa və hasilatı artırmağa çağırıb.
S.ELAY
XQ