Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının sədri vəzifəsinə namizədliyini irəli sürdüyünü təsdiqləyib. Bu barədə Xristian Demokrat İttifaqının (XDİ) mətbuat konfransında bildirib.
“Beş il sonra (ilk dəfə AK sədri vəzifəsinə namizəd olmaq qərarına gəldikdən sonra) mən şüurlu və düşünülmüş şəkildə qərar verdim ki, ikinci müddətə namizəd olmaq istəyirəm”. Onun çıxışı Phoenix TV tərəfindən yayımlanıb.
Fon der Lyayen qarşıdan gələn Aİ seçkilərində onu bu vəzifəyə namizəd kimi irəli sürmək qərarına görə XDİ-ə partiyasına təşəkkür edib.
S.ELAY
XQ