Pistorus NATO ölkələrini "ən pis ssenariyə" hazırlaşmağa çağırıb

post-img

O hesab edir ki, Alyans 5-8 il ərzində müharibə ilə üzləşə bilər.

Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa və NATO-ya üzv ölkələri “ən pis ssenariyə” hazırlaşmağa çağırıb. "Mən kristal kürəyə baxmağı sevmirəm. NATO ərazisinə hücumun olub-olmadığını və ya nə vaxt olacağını təxmin edə bilmirəm. Amma bu, 5-8 ildən sonra baş verə bilər", - o, Amerikanın Bloomberg agentliyinə müsahibəsində deyib.

O, həmçinin amerikalı qanunvericiləri Ukraynaya əlavə hərbi yardımı təsdiqləməyə çağırıb və bunun Amerika Birləşmiş Ştatlarının özünün maraqlarına uyğun olduğunu qeyd edib.

"Avropa coğrafi cəhətdən Ayova və ya Viskonsin ştatlarından uzaqdır, lakin təhlükəsizlik siyasəti baxımından hələ də çox yaxındır. Avropada daha az təhlükəsizlik ABŞ üçün daha az təhlükəsizlik deməkdir. Biz azadlığı təbii qəbul etməməliyik. Biz onu müdafiə etməliyik. Lazım gələrsə bunun üçün mübarizə aparmalıyıq",- Pistorius əlavə edib.

Son vaxtlar avropalı hərbi zabitlər və siyasətçilər Rusiyanın hərbi təcavüzünün mümkünlüyündən getdikcə daha çox danışırlar.

Hollandiyada insanları müharibə ehtimalına zehni olaraq hazırlamağa çağırırlar və İsveçdə də eyni fikir paylaşılır.

Xatırladaq ki, bundan əvvəl media Bundesverin “gizli sənədini” dərc etmişdi. Bu məlumatlara görə, Almaniya 2024-cü ildə Qərblə Rusiya arasında hibrid müharibənin başlamasından ehtiyat edir.

S.ELAY

XQ

 

Dünya