Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bankları ikinci dərəcəli sanksiyalar riski səbəbindən Rusiyadan olan müştərilərə qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıblar.
Bu barədə “Vedomosti” qəzeti rusiyalı iş adamlarına, vergi və hüquq məsləhətçilərinə, habelə “Biznes Rusiya”nın nümayəndələrinə istinadən xəbər verir.
BƏƏ bankları Rusiyadan pul qəbulunu və rusiyalı müştərilərə ödəniş göndərməyi dayandırıb. Bundan əlavə, kredit təşkilatları sahibləri Rusiya vətəndaşı olan şirkətlərin hesablarını bağlayır.
S.ELAY
XQ