Ölkə ərazisində 29 cinayətin açılması təmin olunub

post-img

Fevralın 18-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Məlumatı DİN mətbuat xidməti verib. 

Axtarışda olduğuna görə ümumilikdə 18, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər