“Reuters”: Yüzlərlə insan və təşkilat yeni anti-Rusiya sanksiyalarına məruz qalacaq

post-img

Hazırda Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı tərəfindən müzakirə edilən Rusiyaya qarşı yeni, 13-cü sanksiyalar paketi iki yüzə yaxın insan və şirkətə qarşı məhdudlaşdırıcı tədbirləri əhatə edə bilər.

“Reuters”in məlumatına görə, adı açıqlanmayan yüksək rütbəli amerikalı məmur jurnalistlərlə söhbətində ABŞ və müttəfiqlərinin sərt sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildirib. Lakin o, təfərrüatları açıqlamaqdan imtina edib. Bildirilib ki, ABŞ, Aİ və digər tərəfdaşlar bu həftə Brüsseldə keçirilən görüşdə müvafiq sanksiyalar paketini müzakirə ediblər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya