Media: Fransa silahları Ermənistanda təsirli deyil

post-img

Bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, ordu təkcə Hindistan və Fransadan deyil, başqa ölkələrdən də  hərbi texnika və silahlar alır. Belə bir fikir var ki, S.Papikyan Ermənistan cəmiyyətini elə bəyanatlarla heyrətləndirməyə çalışır ki, ordu müasir silah və sursatla silahlanır, Rusiya silahlarından başqa ölkələrin silahlarına keçid var.

Bu barədə Ermənistan KİV-i yazır.

“Lakin müxtəlif ekspertlərin qeyd etdiyi kimi, indiyədək Rusiyadan gətirilən silahlarla yanaşı, digər ölkələrdən alınan texnika və silahlar Ermənistan ordusunda effektiv işləyə bilmir, tələblərə cavab vermir. Məsələn, Fransada alınan avtomobillərin keyfiyyətinin aşağı olması bir neçə dəfə qeyd olunub. Bunu Ukrayna tərəfinin bu avadanlıqdan imtina etməsi də sübut edir. Digər tərəfdən, hərbi ekspertlərin fikrincə, Hindistan silahlarının çapı fərqlidir və bu gün erməni ordusu onlardan real həyatda istifadə etmək təcrübəsi və bacarığına malik deyil”, - deyə məlumatda bildirilir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya