İspaniya İsrailə silah ixrac etməyəcək

post-img

İspaniya hökuməti Yaxın Şərqdə vəziyyətin pisləşməkdə davam etdiyi bir vaxtda İsrailə silah ixracına icazə vermək niyyətində olmadığını bəyan edib. 

“TASS” xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Xose Manuel Albares jurnalistlərə bildirib.

O qeyd edib ki, 2023-cü ilin oktyabr ayından Madrid İsrailə silah ixracı üçün lisenziya verməyib. Daha əvvəl “El Diario” qəzeti 2023-cü ilin noyabrında İspaniyadan İsrailə 987 min avro dəyərində döyüş sursatının ixrac edildiyini bildirmişdi.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər