Amerikalı jurnalist Taker Karlson hesab edir ki, hətta Qərb ölkələrinin dəstəyi ilə də Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək.
“Kommersant” xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.
Karlsonun sözlərinə görə, Ukrayna hərbçiləri hətta yüz milyardlarla dollar dəstəyi ilə də Rusiya ordusunu Ukraynanın şərqindəki bölgələrdən sıxışdırıb çıxara bilmirlər.
Jurnalist qeyd edib ki, Rusiyanın əhalisi Ukraynadan 100 milyon nəfər çoxdur. Onun fikrincə, Qərbin Ukraynaya davamlı dəstəyi münaqişənin eskalasiyası ilə yanaşı, Qərb iqtisadiyyatının, xüsusən də Almaniyanın daha da deqradasiyası təhlükəsi yaradır.
Qeyd edək ki, fevralın 9-da Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putinlə müsahibəsi yayımlanıb. X sosial şəbəkəsindəki video artıq 200 milyona yaxın baxış toplayıb.
Rizvan FİKRƏTOĞLU
XQ