Xankəndi şəhərində yenə silah-sursat aşkarlanıb

post-img

Xankəndində hər gün yeni silah-sursat bazası aşkarlanır. Fevralın 12-də də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd müxtəlif markalı tüfəng, 3 tapança, 10 ədəd qumbara, 2 qumbara alışdırıcısı, 59 ədəd patron darağı, 1381 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 

Məlumatı DİN mətbuat xidməti verib.   

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər