Pentaqon: ABŞ olmasaydı, Rusiya Avropanı bombalayardı

post-img

2022-ci ildə Rusiya Ukraynanı müstəqillikdən məhrum edə və öz ərazisindən Avropaya pilotsuz təyyarələr göndərə bilər. ABŞ-ın Kiyevə yardımı bunun qarşısını aldı.

"Amerikanın Səsi" xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Selest Uollander deyib.

“Rusların Krımdan Ukrayna şəhərlərinə göndərdiklərini gördüyünüz İHA-larla onlar Avropa paytaxtlarına hücum edə bilər. Rusların Ukraynanın kritik enerji infrastrukturuna qarşı istifadə etdiyi qanadlı raketlər ABŞ-ın NATO müttəfiqlərini təhdid edəcək”, - Uollander bildirib.

Onun sözlərinə görə, Avropadakı amerikalılar - hərbçilər, iş adamları və adi vətəndaşlardan tutmuş Avropada təhsil alan amerikalı tələbələrə qədər risk altında olacaqlar.

Uollander bildirib ki, bütün bunların qarşısını Amerikanın Ukraynaya dəstəyi və hər şeydən əvvəl ukraynalıların cəsarəti və məharəti aldı.

S.ELAY

XQ 

Dünya