İrakli Kobaxidze Gürcüstanın baş naziri postuna təsdiqlənib

post-img

Fevralın 8-də Gürcüstan parlamenti İrakli Kobaxidzenin yeni baş nazir təyin edilməsini və hökumətin yeni tərkibini təsdiqləyib. Məlumatı “Anadolu” verib. 

Parlamentin qərarına əsasən, 12 hökumət üzvündən 11-i öz vəzifəsini qoruyub. İrakli Çikovani yeni müdafiə naziri təyin edilib. Gürcüstanın yeni hökumətini 84 deputat dəstəkləyib, 10 deputat əleyhinə səs verib.

Gürcüstan konstitusiyasına görə, Prezident Salome Zurabişvilinin indi Kobaxidzeni hökumət başçısı təyin etmək üçün iki günü var. Əks halda Baş nazir avtomatik olaraq təyin edilmiş sayılacaq.

Parlamentdə çıxış edən Kobaxidze bildirib ki, İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşvili baş nazirin birinci müavini təyin olunacaq.

45 yaşlı Kobaxidze 2012-ci ilin payızından Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu”nun yeddinci baş naziri olub.

 

P.ƏMİRCANOV

XQ

Dünya