Britaniyanın ən böyük təyyarədaşıyan gəmisi NATO təlimlərində iştirak etməyəcək

post-img

Britaniyanın ən böyük təyyarədaşıyan gəmisi “Queen Elizabeth” NATO-nun “Steadfast Defender” təlimində iştirak etməyəcək.

Lenta.ru xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Səbəbinin nasazlıq olduğu bildirilir. 

Xatırladaq ki, "Steadfast Defender 2024" NATO-nun yanvarın 22-də başlayan hərbi təlimidir. Təlimlərin 31 may 2024-cü ilə qədər davam edəcəyi gözlənilir.

S.ELAY

XQ

Dünya