Nikol Paşinyan hərbi çağırış sahəsindəki korrupsiyadan danışıb

post-img

Ordu “ucuz tost obyekti” olmaqdan əl çəkməlidir. Ermənistan mətbuatı xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, hərbi yaşına çatmış vətəndaşların yarıdan az hissəsi orduya çağırılır: “Bu, o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da korrupsiya “çiçəklənir” və tibb işçiləri, hərbçilər və ictimaiyyətin nümayəndələri bir-biri ilə “müttəfiqlik”dirlər”, - deyə N.Paşinyan bildirib.

Rizvan FIKRƏTOĞLU
XQ

Dünya