Rusiyalı politoloq: Azərbaycanın özünü kifatyət qədər güclü hiss edir

post-img

Bakının hazırda Vaşinqton və Avropa ilə problemlərinin olduğu deyilir. Mən onları problem adlandırmazdım, onlar çətinliklərdir. Yenə də çətinliklərlə problemləri ayırd etmək lazımdır. 

Bu fikirləri rusiyalı politoloq Mixail Sinelnikov-Orişak erməni mətbuatına müsahibəsində deyib.

“Qərbdə narazılıq var, Azərbaycanın qəti mövqeyi bəllidir. Bununla belə, siz də (erməni mediası–red) istədiyinizi reallıq kimi təqdim edirsiniz. Narazılığı bildirmək və rəsmi Bakının həssas hesab edə biləcəyi konkret tədbirlərə keçmək fərqli şeylərdir. 

Azərbaycan nümayəndə heyəti ilə AŞPA arasında əməkdaşlığa xitam verilməsinə və Fransa Senatının qətnaməsinə gəlincə, siz yaxşı bilirsiniz ki, AŞPA hələ də simvolik təşkilatdır və o, heç vaxt, həqiqətən də, heç bir qərar verməyib. Fakt budur ki, indi Azərbaycan özünü mövqeyində kifayət qədər güclü hiss edir”, - deyə politoloq bildirib.

Rizvan FIKRƏTOĞLU
XQ

Siyasət