Bahar Muradova: Qadınları ictimai-siyasi proseslərdə fəal iştiraka çağırırıq

post-img

Vətəndaş hüquqlarından istifadə edərək hər kəsin seçkidə iştirakına dəstək verməyi hədəfləyirik. XQ xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, hər kəs vətəndaş olduğu kimi həm də seçicidir: “Ona görə hamı öz öhdəliyini yerinə yetirməlidir. Biz qadınların ictimai siyasi proseslərdə aktiv iştirakını istəyirik. Bu, bizim öhdəliyimizdir ki, qadınların seçkidə iştirakını təşviq edək, yardım edək. Qadın ailədə böyük rol oynayır. Ona görə hər kəsin siyasi-ictimai proseslərdə iştirakına təşviq məsələsində də qadının rolu danılmazdır".

Anar ƏLİ
XQ

Sosial həyat