ABŞ-ın İordaniyadakı bazasında yaralananların sayı 34-ə çatıb

post-img

İordaniyanın şimal-şərqində, Suriya ilə sərhəd yaxınlığında ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində yaralanan hərbçilərin sayı 34 nəfərə çatıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığına istinadən (CENTCOM) “İnterfaks.ru” məlumat verib.

Məlumata görə, xəsarət alan ABŞ hərbi qulluqçularının sayı azı 34-ə çatıb: “Lakin hərbçilər tibbi yardım üçün müraciət etməkdə davm edir, ona görə də bu rəqəmin artacağını gözləyirik”, - CENTCOM-un sosial media X-dəki açıqlamasında deyilir.

CENTCOM qeyd edib ki, “xəsarət alan personal daha yüksək səviyyəli tibbi yardım almaq üçün İordaniyadan təxliyə tələb edilib”.

Bundan əvvəl 3 ABŞ hərbçisinin öldüyü, 25-in yaralandığı bildirilirdi .

P.ƏMİRCANOV
XQ

Dünya