Uran “yan üstə çevrilib”

post-img

Uran planeti unikal kimyəvi tərkibi, tempe­raturu və fırlanma oxunun yana əyilməsi ilə Günəş sistemindəki digər planetlərdən fərqlə­nir. 

Onun öz fırlanma oxunda niyə belə qey­ri-adi əyilməsinin səbəbi hələlik məlum deyil. Bu barədə müxtəlif versiya­lar var. Məsələn, alimlər hesab edirlər ki, nəhəng planet 3–4 milyard il əvvəl bir və ya bir neçə kosmik obyektlə toqquşub. Bu səbəbdən də “yan üstə çevrilib”. 

Uranın bir özəlliyi isə (Venera kimi) saat əqrə­bi istiqamətində fırlanmasıdır. Günəş sistemində­ki digər planetlər isə saat əqrəbinin əksinə, yəni Günəşlə eyni istiqamətdə fırlanırlar. 

P.ƏFƏNDİ
XQ

Dünya