“Manqurt” Dram Teatrına qayıtdı

post-img

Fevralın 1-də Azərbaycan Dövlət Aka­demik Milli Dram Teatrının səhnəsində “Manqurt” tamaşası növbəti dəfə nümayiş olunacaq. Səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motiv­ləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Mədəniy­yət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədə­niyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan tamaşa türk, altay və qırğız əfsanələrində haqqında bəhs edilən, şüursuz hala gətirilən kölə-manqurt­lardan bəhs edir.

Səhnə əsərində Əməkdar artistlər Meh­riban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcəklər.

XQ

Mədəniyyət