Görkəmli dövlət xadiminin mətbu baxışları

post-img

M.Ə.Rəsulzadə – 140

Tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun M.Ə.Rəsulza­dənin mətbuat haqqında yazılarını və fəaliyyətini əhatə edən, 342 səhifədən ibarət olan kitabı “Qanun” nəşriyyatın­da çap edilib.

Bu, M.Ə.Rəsulzadənin 140 illik yubi­leyi ilində çap olunan ilk geniş araşdırma və tədqiqat kitabıdır. Bu, həm də humani­tar elmlər və media sahəsində çalışanla­rın faydalanması üçün ciddi vəsaitdir.

Kitabda M.Ə.Rəsulzadənin mətbuat haqqında 50-dən çox yazısı da oxucula­ra təqdim olunub. Eyni zamanda kitabda M.Ə.Rəsulzadənin mətbuatla bağlı “İr­şad”, “Tərəqqi”, “Təkamül”, “İrani-nov”, “İqbal”,”Açıq söz”, “İstiqlal” və digər qəzetlərdəki yazıları, Azərbaycan Parla­mentindəki çıxışları tədqiq edilib.

Bundan əlavə, M.Ə.Rəsulzadənin mühacirət irsində mətbuatla əlaqəli yazı­ları (“Yeni Qafqasya”, “Azəri Türk”, “Odlu Yurd”), Türkiyə, Polşa rəsmiləri ilə yazış­maları, şəxsi məktublaşmaları da tədqiq edilərək oxuculara təqdim olunub.

Kitabda M.Ə.Rəsulzadənin mətbu fəaliyyətini əhatə edən bəzi yazılar rus və ingilis dillərində də oxuculara çatdırılıb.

Kitabın sonunda – “Sənədlər” bölmə­sində maraqlı arxiv sənədləri ilə də tanış olmaq mümkündür.

XQ

Mədəniyyət