Türk dünyasının böyük uğuru

post-img

Alper Gezeravcı Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində həyata keçirilən “ilk insanlı kosmos missiyasını” uğurla həyata keçirib.

Türkiyə Hərbi Hava Qüvvələ­rinin polkovniki Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyaya iki həftəlik missiya ilə kosmosa çıxıb və Türkiyə kosmonavtlarını uğurla kosmosa göndərən ölkələrdən bi­rinə çevrilib. Polkovnik Gezeravcı TRT World-ə eksklüziv müsahi­bəsində deyib ki, bu, çox simvolik və mühüm bir addımdır: “Bununla belə, bu, böyük ölkəmiz üçün sə­yahətin yalnız başlanğıcıdır”. 

Türkiyəli astronavt müsahibə­sində bildirib ki, uşaqlıqda heç vaxt astronavt olmaq arzusunda olma­yıb, çünki bu, yalnız digər ölkələr­dən olan uşaqlar üçün mümkün görünürdü. Ancaq yanvarın 17-də kosmosa səyahətə başlayan polko­vnik Gezeravcı Türkiyənin kosmos xəyalını gerçəkləşdirdi. Videomü­sahibəsində türkiyəli astronavt bil­dirib ki, bundan sonra Türkiyənin güclü iradə və qətiyyət nümayiş etdirərək kosmosa insanlı bir uçuş həyata keçirdiyini anlamaqdan qü­rur duyacaq. Şübhəsiz, bu, qardaş ölkənin yüz illik tarixində əlamət­dar hadisədir gələcək nəsillər üçün kosmosun kəşf edilməsində ilham mənbəyi olacaq”. 

Alper Gezeravcıdan başqa daha 3 nəfər kosmosa yollanıb. Bunlar ABŞ və İspaniyanı təmsil edən Maykl Lopes Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və İsveç vətənda­şı Markus Vandtdır. Qeyd edək ki, Alper Gezeravcının Beynəlxalq Kosmik Stansiyada 14 gün qalaca­ğı və 13 fərqli elmi təcrübə həyata keçirəcəyi bildirilir. Biologiya, tibb, materialşünaslıq və genetika kimi sahələrdə aparılacaq təcrübələrdən birinin Muş Elm və Sənət Mərkə­zində tələbələr tərəfindən hazırlan­dığı açıqlanıb. Polkovnik Gezeravcı vurğulayıb ki, türk astronavtının Beynəlxalq Kosmik Stansiyada (BKS) olması türk alimlərinə əhə­miyyətli tədqiqatlar apardıqları elm sahələrində “rəqabət etmək üçün bərabər imkanlar” yaradır.

Xatırladaq ki, Türkiyənin ilk kosmonavtı, hərbi pilot Alper Gez-eravcı 44 yaşındadır və 1979-cu il dekabrın 2-də Mersin şəhərində anadan olub. O, ABŞ Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda əməliyyat tədqiqatları üzrə magistr dərəcəsi alıb və Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasını elektroni­ka mühəndisliyi ixtisası üzrə bitirib. Türkiyə Hərbi Hava Qüvvələrində xidmət edib. 

S.ELAY
XQ

Dünya