Yuri Solomin vəfat edib

post-img

SSRİ xalq artisti Yuri Solomin 89 yaşında vəfat edib. Bir neçə gün əvvəl o, iki ay qaldığı xəstəxanadan evə buraxılmışdı. 2023-cü ilin noyabrında sənətçi insult keçirərək yenidən xəstəxanaya yerləşdirilmişdi. 

Yuri Solomin 18 iyun 1935-ci ildə Çitada anadan olub. 1961-ci ildən Şçepkin adına Ali Teatr Məktəbində aktyorluq sənətindən dərs deyib. O, “Zati-alilərinin adyutantı”, “TASS bəyan etməyə səlahiyyətlidir” və digər filmlərdəki rolları ilə tanınan 60-a yaxın film və serialda rol alıb. 1990-1991-ci illərdə RSFSR mədəniyyət naziri olub.

Xatırladaq ki, Yuri Solomin "Şerlok Holms" serialında Doktor Uotson rolunun ifaçısı kimi şöhrət qazanmış aktyor, rejissor Vitaliy Solominin böyük qardaşıdır.

XQ

Dünya