Disneyin 29 “Oskar”ı

post-img

“Disneyland” əyləncə parkının qurucusu Uolt Disney ilk “Oskar” mükafatını 1932-ci ildə “Ağılsız simfoniyalar” cizgi filminə görə alıb. Bu mükafat onun 29 “Oskar”ından birincisi idi. Bu rekord bugünədək yenilənməyib.

U.Disneyin ən böyük fəaliyyətlə­rindən biri uşaqlar üçün nəzərdə tu­tulan “Disneyland” parkı olub. Kalifor­niyadakı parkda sənətkarın filmlə­rində yer alan per­sonajlar var. Bura 1955-ci ildən açılıb.

Disneyin varis­ləri hazırda zən­gin insanlardır. Bu ailəyə dünyanın müxtəlif şəhərlərindəki 535 mağaza, həmçinin xokkey və beysbol komandaları, telekanallar məx­susdur. Bundan başqa, Yaponiya, Çin və Fran­sada yerləşən əyləncə parklarından da mənfəət qazanırlar. 

Disney 1966-cı il dekabrın 15-də dünyası­nı dəyişib. O vaxtdan bugünə kimi həmin tarixdə “Disneyland” məkanlarında mərhumun şərəfinə bayraqlar endirilir.

P.ƏFƏNDİ
XQ

Dünya