Veneranın parlaq izləri

post-img

Venera fəzada hərəkəti zamanı bir çox mərhələlərdən keçir. Ay planeti kimi, o da tam dairəvi disk, nazik aypara kimi görünə bilər. Günəşin doğmasından əvvəl “Zöhrə ulduzu” səmada ən parlaq obyekt sayılır. 

Bununla belə, Venera o qədər kiçik görünür ki, onu aydın görmək üçün teleskop tələb olunur. Təqdim olunan “time-lapse” (kameranın fiksasiya­ları-red.) ardıcıllığı 2015-ci ildə 6 ay ərzində Fran­sa ərazisindən çəkilib və təkcə Veneranın fazası­nın necə dəyişdiyini deyil, həm də bucaq ölçülərini göstərir. 

Qeyd edək ki, Venera və Yer Günəşin eyni tərəfində olduqda, o, daha böyük, lakin dairəvi yox, aypara şəklində görünür. Bu o deməkdir ki, Venera sübhdən əvvəl həmin fazalarda qərar tutub.

Ayan SƏMƏDQIZI,
tələbə-jurnalist

Dünya