Ukrayna “təhlükəsizlik təminatları” ilə bağlı fərman imzalayıb

post-img

Ukrayna Prezidenti Vladimir Zelenski “təhlükəsizlik təminatlarının” hazırlanması üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyəti ilə bağlı fərmanı təsdiqləyib. Məlumatı “Anadolu” verib.

Prezidentin saytında dərc olunan sərəncama əsasən, “Ukrayna ilə digər dövlətlər arasında Ukraynanın təhlükəsizliyinə təminatlara dair ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin hazırlanması üzrə danışıqlarda” iştirak edəcək nümayəndə heyətinə Prezident Aparatının rəhbəri Andrey Yermak rəhbərlik edəcək.

Nümayəndə heyətinə Yermakın müavinləri Roman Maşovets və İqor Jovkva, Avropa və Avroatlantik İnteqrasiya Departamentinin nümayəndələri İqor Baranetski və Vitali Martınyuk daxildir. Heyətə strateji sənaye nazirləri Aleksandr Kamışin, müdafiə naziri Rustem Umerov, onun birinci müavini Aleksandr Pavlyuk, ədliyyə nazirinin müavini İrina Mudraya və iqtisadiyyat nazirinin müavini İqor Fomenko daxildir. Nümayəndə heyətində Xarici İşlər Nazirliyini nazir müavini Nikolay Toçitski və Böyük Səfir Anton Korineviç təmsil edir.

Sərəncamda Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenko, SBU-nun rəhbəri Vasili Malyuk və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Gennadi Kovalenkonun adı çəkilir.

Dövlət başçısı, həmçinin, “təhlükəsizlik təminatları” üzrə danışıqlar üçün təlimatları təsdiqləyib.

P.ƏMİRCANOV

XQ

Dünya