“Məqsədimiz Şəmkiri müasir şəhərə çevirməkdir…”

post-img

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş plana əsasən şəhərin parklarında aparılan cari təmir və abadlıq işləri artıq yekunlaşıb.

Yenidənqurma işləri aparılan məkanlardan biri də “İstiqlal Parkı”dır. Burada elektrik sisteminin yenilənməsi, sıradan çıxmış lampaların müasir standartlara uyğunları ilə əvəzlənməsi, fəvvarələrin təmiri, su nasoslarının dəyişdirilməsi, yeni tullantı qutularının qoyulması, skamyaların yenilənməsi, metal səthlərin boyanması, aqlay üzlüklərin cilalanması, o cümlədən sıradan çıxmış üzlüklərin vurulması və digər işlər icra olunub.

Eyni zamanda, “İstiqlal Parkı”nda dekorativ ağaclar və kollar, yeni növ iynəyarpaqlı ağaclar və xüsusi rəng çalarlarına malik olan çiçəklər əkilib.

Rayon İcra Hakimiyyətindən bildiriblər ki, sakinlərin asudə vaxtının səmərəli keçirilməsi, istirahətinin təmin olunması, şəhərin abadlaşdırılması və gözəlləşdirilməsi məqsədilə aparılan işlər bundan sonra da davam etdiriləcək. Məqsəd rayon mərkəzini müasir şəhərə çevirməkdən ibarətdir.

 

Hamlet QASIMOV

XQ-nin bölgə müxbiri

 











Sosial həyat